Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yollar buz bağlayacaq

Bakıda yollar buz bağlayacaq, güclü şimal küləyi əsəcək

Hava şəraiti ilə əlaqədar fevralın 19-dan 20-nə keçən gecə və səhər Bakı və Abşeron yarımadasında yolların yenidən buz bağlayacağı, güclü şimal küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Simsar.az-a verilən məlumata görə, fevralın 18-i axşamdan 21-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Fevralın 19-20-də şimal küləyinin sürəti saniyədə 18-20 metr olacaq, arabir 23-28 metrədək güclənəcək. Temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcək.

Fevralın 19-da Bakıda və Abşeron yarımadasında havanın Arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 19-da havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.






18 Fevral, 2012  15:59 Baxılıb: 833 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner