Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əflatun Amaşov ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqayla görüşüb

Tarqay diffamasiya ilə bağlı qanunun qəbulunun sürətlənməsinin vacibliyinə toxunub 

Dünən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqayla görüşüb. Şura sədri MŞ-də baş tutan görüşdə əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət əlaqələrinin tənzimlənməsi olan Mətbuat Şurasının bu vəzifənin həyata keçirilməsində beynəlxalq qurumlarla əlaqələrinin qurulmasına xüsusi əhəmiyyət verildiyini deyib. O vurğulayıb ki, MŞ yaradıldığı gündən etibarən ATƏT-in Bakı Ofisi ilə əməkdaşlıq nümunəsində bunun faydalı nəticələrinə nail olub. Son illər həmin istiqamətdə səylərin xüsusilə effektiv nəticələrlə yadda qaldığını söyləyən Ə.Amaşov birgə tədbirlər sayəsində diffamasiya ilə bağlı qanunvericilik aktı layihəsinin, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantının hazırlandığını nəzərə çatdırıb.

Səfir səmimi qəbuluna görə Şura sədrinə təşəkkürünü bildirib. O qeyd edib ki, rəhbəri olduğu qurumun MŞ ilə əməkdaşlığına dair, eləcə də Mətbuat Şurasının fəaliyyəti barədə geniş məlumata malikdir və özünün diplomatik fəaliyyəti boyunca bu işin yeni çalarlarla zənginləşməsində səylərini əsirgəməyəcək. K.Tarqay söhbətində diffamasiya ilə bağlı qanunun qəbulunun sürətlənməsinin vacibliyinə toxunarkən ona məlumat verilib ki, Mətbuat Şurası prosesin həlli istiqamətində səylərini davam etdirməkdədir və cari ildə yekun nəticənin əldə olunacağı gözlənilir.

Görüşdə medianın digər problemləri və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadilələri aparılıb. Belə razılığa gəlinib ki, apreldə beynəlxalq mütəxəssislərin iştirakı ilə internet jurnalisitaya dair konfrans keçirilsin. Həmçinin birgə layihəyə əsasən İctimai Televiziyada ayda bir dəfə olmaqla medianın aktual problemlərinə dair diskussiyalar təşkil olunsun.






17 Fevral, 2012  16:45 Baxılıb: 845 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner