Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün hava necə olacaq?

Fevralın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.
Temperatur gecə 0-3° isti, gündüz 4-6° isti olacaq.
Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 752 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacağı, gecə və səhər zəif qar yağacağı gözlənilir.
Temperaturun gecə 6-11° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 3° şaxta olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə zəif qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi rayonlarda az qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 3-8° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 8-10° şaxta, gündüz 0-3° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-7° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 1-3° isti, gündüz 4-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: fevralın 17-18-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Fevralın 19-da atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda soyuq və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.






17 Fevral, 2012  14:53 Baxılıb: 1023 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner