Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan Türkiyəyə investisiyaları 31 faiz artırıb

Son bir il ərzində Azərbaycan Türkiyə iqtisadiyyatına investisiyaları 31 faiz artırıb

Bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Tbilisidə jurnalistlərə bildirib.

O, iki ölkənin iş adamlarının həm Azərbaycanda, həm də Türkiyədə həyata keçirdikləri qarşılıqlı investisiya layihələri ilə bağlı razılığını ifadə edib.

"Azərbaycan Türkiyədə investisiya layihələrini reallaşdırmağı davam etdirmək niyyətindədir", - Mustafayev deyib.

Nazir onlar arasında İzmirdəki liman tikintisini, İstanbulda mağazalar şəbəkəsinin alınmasını qeyd edib.

"Habelə Transanadolu boru kəmərinin tikintisi gedir", - o deyib.

Mustafayev türkiyəli iş adamlarının Azərbaycanda investisiyalarının artımından razılığını bildirib.

"Bu, qarşılıqlı əlaqələrimizin daha da möhkəmləndiyini və iqtisadiyyatlarımızın inkişafının rəhni olduğunu güman etməyə əsas verir", - o deyib.

Nazir bu formatda görüşlərin davam etdirilməsinə tərəfdar olduğunu və onların regiondakı tərəfdaş ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə yardım etdiyini bildirib.






16 Fevral, 2012  19:16 Baxılıb: 804 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner