Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şagirdlərə pul qazanmağın yolları öyrədiləcək

"Layihənin reallaşdırılması üçün tədris vəsaiti hazırlanacaq, onu icra edəcək müəllimlər üçün treninqlər keçiriləcək"

Azərbaycan Təhsil Nazirliyi Mərkəzi Bankla birgə növbəti tədris ilindən orta məktəblərdə "Şagirdlərin maliyyə bacarıqlarının gücləndirilməsi" layihəsinin icrasına başlamağı nəzərdə tutur.

Nazirliyin Kənd rayonları üzrə ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov cümə axşamı Trend-ə deyib ki, layihə ilk mərhələdə pilot məktəblərdə həyata keçiriləcək. Layihənin reallaşdırılması üçün tədris vəsaiti hazırlanacaq, onu icra edəcək müəllimlər üçün treninqlər keçiriləcək.

Əhmədov əlavə edib ki, layihənin əsas məqsədi uşaqların maliyyə bacarıqlarını inkişaf etdirməkdir.

"İndiki dövrdə iqtisadi, maliyyə bacarıqlarının inkişafı əhəmiyyət kəsb edir. Bu, bizim kurrikulumda da nəzərdə tutulub. Həyat bilgisi fənninin məzmununda da bu məsələlər var", - Əhmədov əlavə edib.

Şöbə müdiri qeyd edib ki, şagirdlərin maliyyə sahəsində savadlılığının artırılması, bu sahədə tətbiqi bacarıqlarının genişləndirilməsi onların inkişafına müsbət təsir göstərər.

Onun sözlərinə görə, layihənin icrası üçün Almaniya təcrübəsi öyrənilib.

"Alman mütəxəssislər Bakıya gəldilər. Bizim bir çox məktəblərimizlə tanış oldular, məktəb direktorları ilə söhbətlər apardılar, treninqlər keçirdilər. Bu layihənin tanışlıq, müəyyən tədqiqatlar mərhələsi başa çatıb. İndi Mərkəzi Bank tərəfindən layihənin məktəblərdə həyata keçirilməsi üçün müəyyən tədbirlər hazırlanır", - Əhmədov əlavə edib.






16 Fevral, 2012  18:49 Baxılıb: 1104 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner