Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Şagirdlər ali məktəbə hazırlaşarkən, bəzən ömürlük xəstə qalırlar"

Misir Mərdanov: "Yaxşı müəllimlər tədrisi atıb yalnız repetitorluqla məşğuldurlar"

Simsar.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov “Gələcəyə baxış - Azərbaycan 2020 inkişaf konsepsiyası” çərçivəsində keçirilən “Milli təhsilin gələcəyi” adlı "dəyirmi masa"da bildirib. Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyev tapşırıq verib.

Misir Mərdanov həmçinin deyib ki, Azərbaycanda ucqar kənd məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı işlər aparılmalıdır.

“Dünyada rasionallaşdırılma proqramı həyata keçirilir”, - o deyib.

Misir Mərdanov qeyd edib ki, Azərbaycanda bunu tətbiq etmək üçün şagirdlərin daşınmasını təşkil etmək və dağ yerlərində yolları qaydaya salmaq lazımdır.

Nazir deyib ki, repetitorluq məsələsi Azərbaycan cəmiyyəti üçün çox problemli məsələdir.

“Uşaqlar ali məktəbə daxil olmamışdan qabaq elə yük altına düşürlər ki, hətta bəzi vaxtda ömürlük xəstə qalırlar. Dünyada repetitorluq təhsil və müəllimi hörmətdən salmaq üçün deyil. Yaxşı müəllimlər tədrisi atıb yalnız repetitorluqla məşğuldurlar və yaxud şagirdləri dərsdən yayındırıb repetitorluğa cəlb edirlər. Çoxları bunu ümumi təhsilin səviyyəsinin aşağı olması ilə bağlayırlar, lakin mən bununla razı deyiləm”, - o əlavə edib.

Misir Mərdanov deyib ki, 2020-ci ilədək qarşıya qoyulan hədəf ondan ibarətdir ki, hər sinifdə 1 noutbuk və 1 proyektor, hər şagirddə 1 netbuk və ya planşet olsun, “Elektron məktəb” layihəsinə qoşulan təhsil ocaqlarının sayı 1000-ə çatdırılsın.






16 Fevral, 2012  18:00 Baxılıb: 1086 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner