Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QAR YENİDƏN GƏLİR!

Fevralın 18-i axşamdan Azərbaycanda sulu qar və qar yağacaq

Fevralın 18-i axşamdan qərb rayonlarından başlayaraq, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə ediləcək, sulu qar və qar yağacaq.

Bunu cümə axşamı Simsar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, belə hava şəraiti fevralın 21-dək davam edəcək. Bu müddətdə ölkə ərazisində hava şəraiti yenidən yağıntılı olacaq. Bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir. Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcək, temperatur ötən günlərə nisbətən 3-5 dərəcə enəcək.

Bakı və Abşeron yarımadasında fevralın 18-i axşamdan 21-dək şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə enəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Havanın temperaturu fevralın 17-də Bakıda gündüz saatlarında 4-6, fevralın 18-də 3-6, fevralın 19-da isə 0-3 dərəcə isti gözlənilir.

Fevralın 17-də gündüz Aran rayonlarında 3-7 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, fevralın 18-19-da Aran rayonlarında gündüz 1-6 dərəcə isti, dağlarda 0-5 dərəcə şaxta gözlənilir.






16 Fevral, 2012  16:35 Baxılıb: 1095 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner