Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sumqayıtda qanunsuz fəaliyyət göstərən dini icma aşkarlandı

Elmlər Akademiyasının yığıncaq keçirən işçisi barəsində tədbir görülüb 

Simsar.az-ın xəbərinə görə, Sumqayıt şəhərində rəsmi qeydiyyatdan keçməyən dini icmanın təşkil etdiyi yığıncaq aşkarlanıb. Daxili İşlər Nazirliyinin saytının yaydığl məlumata görə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini Fazil Allahverdiyevə məxsus mebel sexində onun və Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, Bakı şəhər sakini Əlimədət Kazımovun rəsmi qeydiyyatdan keçmədən 10 nəfərlə dini yığıncaq təşkil etmələri müəyyən edilib.

Onlar Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə gətiriliblər. Onlardan 10 nəfərinə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb, F. Allahverdiyev, Ə. Kazımov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 299-cu (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə sənədləşdirmə aparılıb və tədbir görülməsi üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.






15 Fevral, 2012  16:15 Baxılıb: 1067 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner