Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yol polisindən sürücülərə və piyadalara çağırış

Fevralın 13-dən Bakıda çoxdan müşahidə olunmayan tıxaclar yaranıb

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara növbəti dəfə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədovun Simsar.az-a verdiyi məlumata görə, hava şəraitinin yaxşılaşması ilə paytaxtda kobud yol-hərəkət pozuntularının və yol-nəqliyyat hadisələrinin sayı xeyli artıb: “Dünən, fevralın 13-də paytaxtda 6 yol qəzası baş verib ki, nəticədə 11 nəfər xəsarət alıb. Hava şəraitinin yaxşılaşması, yolların buzdan təmizlənməsi ilə hərəkətin intensivliyi də artdı. Həm də yollarda hava şəraiti imkan vermirdi ki, sürət artırılsın. İndi isə fərqlidir. Yol qəzalarının səbəbi də yol ayırıcılarının tələbinin pozulması, sürət həddi, ötmə-manevr qaydalarının pozulması, dönmə hərəkətləri zamanı baş verir. Ümumiyyətlə deyim ki, yanvarın 27-dən - havaların kəskin soyumasından sonra Bakıda cəmi ölümlə nəticələnən 1 qəza olmuşdu”.


V.Əsədov onu da bildirib ki, sürücülərlə yanaşı, piyadalar da diqqətli olmalı, yolun hərəkət zolaqlarına çıxmamalıdırlar: “Avtomobillərin sayı həddindən artıq çoxdur, Sürücülər sıxlıq yaranmasın deyə, yol-hərəkəti qaydalarına əməl etibar etməlidirlər. Həm də məsləhət görürük ki, yolların kənarında quraşdırılmış informasiya lövhələrindən istifadə etsinlər. Sıxlıq qeyd olunan yollara daxil olmadan nativ yollardan yararlansınlar”.


Qeyd edək ki, fevralın 13-də axşama doğru Bakıda çoxdan müşahidə olunmayan tıxaclar yaranıb. Bəzi istiqamətlərdə avtomobillər 3-4 saat yolda qalıb. Bu gün də paytaxtın bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur.






14 Fevral, 2012  18:26 Baxılıb: 946 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner