Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK sədri Qazaxıstana gedəcək

Seminarda buraxılış və qəbul imtahanlarının keçirilməsində təkmilləşdirmə işləri aparılması üçün xarici ölkələrin, o cümlədən TQDK-nın təcrübəsinin öyrənilməsi nəzərdə tutulur.  

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və komissiyanın sektor müdiri Oleq Şelaqinov Qazaxıstanın Elm və Təhsil Nazirliyinin Milli Test Mərkəzinin dəvəti ilə Astana şəhərində fevralın 16-17-də “Şagirdlərin yekun attestasiyası və ali məktəblərə qəbul: təcrübə və inkişaf perspektivləri” mövzusunda keçiriləcək elmi-praktik seminarda iştirak etmək üçün bu ölkəyə səfər edəcəklər

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, seminarda buraxılış və qəbul imtahanlarının keçirilməsində təkmilləşdirmə işləri aparılması üçün xarici ölkələrin, o cümlədən TQDK-nın təcrübəsinin öyrənilməsi nəzərdə tutulur. TQDK sədri M.Abbaszadə seminarda çıxış edərək Azərbaycanda ali məktəblərə qəbul imtahanları prosesi, bu sahədə əldə olunmuş zəngin təcrübə barədə ətraflı məlumat verəcək.

Qeyd edək ki, Qazaxıstanda 2004-cü ildən etibarən vahid milli test imtahanları (VMT) keçirilir. Ümumtəhsil məktəblərinin buraxılış imtahanı olan VMT-nin nəticələri əsasında ali məktəblərə qəbul da həyata keçirilir. Qazaxıstanda 2011-2020-ci illərdə təhsilin inkişafı üzrə dövlət proqramı qəbul edilib. Həmin proqrama əsasən, müxtəlif məqsədlər daşıdığına görə 2015-ci ildən etibarən hazırki imtahan sisteminin dəyişdirirlməsi, buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının ayrıca aparılması nəzərdə tutulub. Bu məqsədlə 2013-cü ildə yeni qəbul imtahanı formatında eksperiment aparılması planlaşdırılır.






14 Fevral, 2012  17:39 Baxılıb: 948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner