Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hava yenidən soyuyacaq

"Kəskin şaxtalı havalar olmayacaq”

Fevralın 18-i axşamdan ölkə ərazisində havanın temperaturu əvvəlki günlərə nisbətən yenidən bir qədər aşağı enəcək. Bunu Simsar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, hələlik temperatur çox yüksəlməyib. Fevralın 15, 16 və 17-də gün ərzində Bakıda və Abşeron yarımadasında temperaturun 5-9 dərəcəyədək yüksəlməsi gözlənilir. Həmin günlərə nisbətən fevralın 19-da havanın temperaturu bir qədər aşağı olacaq. Fevralın 19-da günorta saatlarında temperaturun 2 dərəcə isti olacağı gözlənilir. Amma axşama doğru temperatur 0 dərəcəyə yaxınlaşacaq.

“Çox kəskin şaxtalar gözlənilmir. Temperatur aşağı ensə də, yağıntılar olsa da, çox kəskin şaxtalı havalar olmayacaq”, - Tağıyeva əlavə edib.

O bildirib ki, həmin günlərdə yağıntıların sulu qar və qar şəklində olması temperaturdan asılı olacaq.

Yaxın günlərdə isə ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək, hava nisbətən mülayimləşəcək. Ötən günlər ərzində havanın temperaturu iqlim normasından 5-8 dərəcə aşağı idisə, fevralın 13-də bu fərq cəmi 3 dərəcə təşkil edib. Artıq temperatur iqlim normasına yaxınlaşır. Bu gün gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 4-6 dərəcə isti gözlənilir. Fevralın 15-də temperatur 5-8 dərəcə isti olacaq, ayın 16-da 9 dərəcəyədək istinin olacağı gözlənilir.

Fevralın 16-sı axşam və fevralın 16-dan 17-ə keçən gecə qısa müddətə şimal küləyinin güclənəcəyi proqnozlaşdırılır. Buna görə də fevralın 16-da axşam saatlarında və 17-də səhər saatlarında temperatur Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti olacaq. Fevralın 17-si gündüz yenidən havanın temperaturunun müsbət 8 dərəcəyə yaxın olacağı gözlənilir.






14 Fevral, 2012  17:32 Baxılıb: 1031 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner