Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tələbələr üçün xoş xəbər

Təhsil naziri onların təqaüdünü artırdı 

Azərbaycanın təhsil naziri Misir Mərdanov doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında əmr verib.

Təhsil Nazirliyindən Simsar.az-a verilən məlumata görə, təhsil naziri öz əmri ilə doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamını elan edib.

Sərəncamın məqsədi dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini gücləndirməkdir.

Sərəncama görə, doktorantlara, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə, magistr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, bakalavr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, orta ixtisas təhsili müəssisələrində əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə müəyyən edilmiş aylıq təqaüdlərin məbləğləri ötən ilin dekabrın 1-dən 10 faiz artırılıb.

Sərəncamın icrası ilə əlaqədar verilən əmrdə ali təhsil müəssisələrinin rektorlarına, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına tapşırıqlar verilib.

Onlar təqaüd məbləğlərinin artımı ilə bağlı müvafiq hesablamaların, həmçinin təqaüd alan tələbə və şagirdlər barədə məlumatların nazirliyin iqtisadiyyat şöbəsinə təqdim olunmasını təmin etməlidirlər. Nazirliyin iqtisadiyyat şöbəsi ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə kredit açılışı zamanı həmin təhsil müəssisələrində təhsil alan tələbə və şagirdlərə, həmçinin doktorantlara təqaüdlərin göstərilən artımla ödənilməsi üçün lazımi məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir.






14 Fevral, 2012  16:11 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner