Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

FHN buz üzərində sürüşənləri xəbərdar etdi

"Həyatınızı təhlükəyə atmayın"

Fövqəladə Hallar Nazirliyi donmuş su hövzələrindən əyləncə məqsədi üçün istifadə edilməsi hallarından narahatdır.

Nazirlikdən Simsar.az-a verilən məlumata görə, bununla bağlı nazirliyin əhaliyə ünvanladığı xəbərdarlıqda qeyd olunur ki, son günlər havaların kəskin soyuması nəticəsində su hövzələrində (Xəzər dənizində, göllərdə, çaylarda və digər su tutar yerlərdə) suyun üzünü buz təbəqəsinin örtməsi və həmin təbəqənin üzərinə əlavə qarın yağması nəticəsində su hövzələrinin sahil zolağında hərəkət üçün təhlükəli şərait yaranıb.

Bəzi vətəndaşlar bu cür təhlükəli vəziyyəti düzgün qiymətləndirməyərək həmin ərazidən əylənmək üçün istifadə etməyə çalışırlar.

"Üzəri buzla örtülmüş su hövzələri üzərində əyləncə məqsədilə sürüşmək (xizəklə və ya xizəksiz), balıq tutmaq, müxtəlif nəqliyyat vasitələrini çıxarmaq, buz üzərində qaçmaq, yerimək və ümumiyyətlə bütün növ hərəkətlər həyatınız üçün böyük təhlükə yaratmış olar", - xəbərdarlıqda deyilir.

Nazirlik vətəndaşları bu cür su hövzələrində donmuş sahil zolağından uzaq durmağa və azyaşlı uşaqların bu kimi yerlərə yaxınlaşmamasına xüsusi diqqət yetirməyə çağırır.

Belə hadisənin baş verdiyi müşahidə olunarsa, vətəndaşlardan təcili olaraq FHN-in 112 "qaynar xətt"inə zəng etmələri və ya əraziyə yaxın Dövlət Sularda Xilasetmə Xidmətinin xilasetmə məntəqələrinə məlumat vermələri xahiş olunur.






13 Fevral, 2012  18:19 Baxılıb: 861 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner