Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabahdan temperatur yüksəlməyə başlayacaq

Bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində az qar yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın Simsar.az-a verdiyi məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. 

Fevralın 12-də Bakı və Abşeron yarımadasında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə saatlarında 2-6 dərəcəyədək şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da bu gün arabir qar yağacaq, gündüz yağıntılarda qısa müddətə fasilə yaranacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gündüz saatlarında 0-3 dərəcə şaxta, dağlarda isə 5-10 dərəcə şaxta təşkil edəcək.

Fevralın 12-də səhər qərb rayonlarından, gündüz isə şərq rayonlarından başlayaraq yağıntıların kəsiləcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında Mərkəzi Aran rayonlarında 1-6 dərəcəyədək isti, dağlarda isə günorta saatlarında 1-6 dərəcə şaxta təşkil edəcək.

Fevralın 13-ü və 14-də hava şəraiti bu günlə müqayisədə nisbətən mülayim, gün ərzində yağmursuz keçəcək. Havanın temperaturu bu günlə müqayisədə tədricən yüksələrək günorta saatlarında 5-6 dərəcə isti təşkil edəcək. Yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.






11 Fevral, 2012  17:13 Baxılıb: 842 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner