Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda evsizlər üçün sığınacaq yaradılıb

Nazirin göstərişi əsasında 

Hava şəraiti ilə əlaqədar olaraq, bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daimi yaşayış yeri olmayanlar üçün səyyar sığınacaqlar yaradılıb.

APA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib. Nazir deyib ki, şaxtalı günlərdə evsiz vətəndaşlardan hətta dünyasını dəyişənlər də olub. Onun sözlərinə görə, bu halların qarşısının alınması üçün səyyar sığınacaqların yaradılması qərara alınıb: “Nazirlik əməkdaşları belə insanları axtaracaq, onları müvəqqəti olaraq səyyar sığınacaqlara yerləşdirib, isti yemək, yataqla təmin edəcəklər”.

F. Ələkbərov, daimi yaşayış yeri olmayanların daha çox toplaşdıqları yerlərin bəlli olduğunu vurğulayaraq, belə insanları görən hər kəsdən nazirliyin “Etimad telefonu”na zəng edib, məlumat vermələrini xahiş edib.






10 Fevral, 2012  16:02 Baxılıb: 1296 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner