Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mirşahin ANS-dəki qalmaqaldan danışdı

"Bu hadisə Azərbaycanda diskussiya mədəniyyətində problemlər olduğunu göstərdi"

“Əgər məlumat bayıra sızmasaydı mən bu barədə danışmayacaqdım. Amma madam ki, artıq “Ən yeni tarix”in son çəkilişi zamanı baş verənlər 3-cü əldən çıxır, qoy elə onda birinci mənbədən yayılsın”.

Simsar.az xəbər verir ki, bunu Anspress-ə açıqlamasında "Ən yeni tarix" teleensiklopediyasının müəllifi Mir Şahin Pənah Hüseynlə Əfşar Süleymaninin qarşıdurmasına aydınlıq gətirərkən deyib. O, bildirib ki, "Ən yeni tarix"in son verilişini bu qarşıdurmaya görə, yarımçıq saxlamalı olub: ““Azərbaycanın müstəqilliyi dövründə İran-Azərbaycan münasibətləri” mövzusunda hazırladığımız bu verilişə qonaq çağırılmış şəxslər arasında Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn və İranın Azərbaycanda səfiri olmuş Əfşar Süleymani də var idi. Verilişdən əvvəl qonaqlar, o cümlədən Əfşar Süleymani və Pənah Hüseyn birlikdə idilər. Onlar arasında qarşılıqlı ikrah, ya da qəbul etməmək kimi hallar hiss etmədim. Studiyaya da hamı ilə birlikdə getdilər. Təxminən yarım saat hər şey qaydası üzrə gedirdi. Mübahisə isə Əfşar Süleymaninin Elçibəy hakimiyyətinin İran siyasətini xatırlatmasından sonra baş verdi. Mən bu hadisəni Azərbaycanda debat və diskussiya mədəniyyətimizdəki problemlərlə izah edirəm". 

ANSpress verilişin efirə veriləcəyini də qeyd edib: “Qısası, hər şeyi öz gözünüzlə görəcəksiniz. Əgər fevralın 9-da saat 23.00-da ANS-in “Ən yeni tarix” ensiklopediyasını izləsəniz... Unutmayın. Veriliş təkrarsızdır!”.






8 Fevral, 2012  15:45 Baxılıb: 1128 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner