Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sürücülərə xəbərdarlıq!

Sürücülərə “Niva”, “Cip”lə yola çıxmaq, qış şinlərindən istifadə etmək və sürət həddizi azaltmağı məsləhət görülür

Havanın şaxtalı, yolların buzlu olması ilə əlaqədar Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə növbəti dəfə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Simsar.az-a açıqlamasında bildirib ki, yolların buzlu, avtomobillərin hərəkətinin çətinliyini nəzərə alaraq vətəndaşlar imkan daxilində fərdi avtomobillərdən az istifadə etmək məsləhət görülür. 

“Ötən gün yağışdan sonra şaxta ölkə ərazisindəki bir çox yolları keçilməz edib, yollar tamamilə buz bağlayıb. Bu gün səhərdən çovğun vəziyyəti daha da çətinləşdirib. Hava şəraitinin pis olması ilə əlaqədar yol polisi də gücləndirilmiş iş rejiminə keçib. Təcrübəsi yetərincə olmayan sürücülər ictimai nəqliyyatdan istifadə etsələr daha yaxşıdır. Amma yoların sürüşkən olması peşəkar sürücüləri də qəzalardan sığortalamır. Çalışmaq lazımdır ki, hər iki oxu aparıcı olan “Niva”, “Cip” və bu tipli avtomobillərlə yola çıxsınlar, yaxud maşınların qış şinlərindən istifadə etsinlər. Avtomobillərin təkərlərinə zəncir vursunlar. Ümumiyyətlə lüzum olmazsa, fərdi avtomobillərdən az istifadə etsinlər”.

Yol polisinin sözlərinə görə, ölkənin bəzi yollarında avtomobillərin hərəkəti olduqca çətindir. Bakı-Quba-Rusiya magistralında, Bakı-Şamaxı istiqamətində yolların əksər hissələrində buz bağlayıb. Ağsu aşırımında isə yolun hərəkət istiqamətində buzlaşma var. Ağsu-İsmayıllı yollarında da hərəkət çətinləşib. Bundan başqa, çovğun yol və magistrallarda görüntünü məhdudlaşdırdığından sürücülər son dərəcə diqqətli olmalı, sürət həddini mümkün dərəcədə aşağı salmalıdılar. "Onu da əlavə etmək istəyirəmki, artıq yanvarın 27-dən yol polisi gücləndirilmiş iş rejimində çalışır”.






8 Fevral, 2012  15:10 Baxılıb: 1078 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner