Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«LONDON TAKSİ»lər YOXA ÇIXIB

Vətəndaşların dadına yenə də «dədə-baba» taksilər çatır

Bir neçə gündür davam edən soyuq hava Bakı şəhərində nəqliyyatın hərəkətini iflic hala salıb. Marşrut avtobuslarının əksəriyyəti yolların buz bağlaması səbəbindən fəaliyyətlərini dayandırıblar.

Simsar.az-ın apardığı müşahidələrə görə, günün ikinci yarısında nəinki avtobuslar, hətta taksilərin də sayında əhəmiyyətli azalmalar müşahidə olunur. Maraqlıdır ki, belə vaxtlarda daha intensiv işləməli olan hökumətin layihəsi olan “London taksiləri” it-bata düşüb.

Nəqliyyat Nazirliyinin məlumatına görə, Bakı şəhərində 400-ə qədər “London taksi”ləri var ki, onlar “Baku Taxi” şirkətinə verilib.

Məlumatlara görə, taksi sürücüləri havanın solyumasından və təlabatın artmasından istifadə edərək gediş haqqını bir neçə dəfə qaldırıblar. “London taksi”lər belə şəraitdə taksometrləri işlətmədən vətəndaşlara xidmət göstərirlər.
5 manatlıq gedişhaqqı sərnişinlərə təxminən 15 manata başa gəlir.

“London taksi»sinin sürücüləri bildirirlər ki, buzlu yolda risklər artıdığından və planı ödəyə bilmədiklərinə görə, gedişhaqqını artırmaq məcburiyyətində qalıblar. Bu taksilərin hər biri sürücülərə kreditlə 33 min manata verilib. Qiymətləri kifayət qədər baha olduğundan və buzlu yolda qəza riski artıdığından sürücülər xəttə çıxmaqdan imtina edirlər.

«Əzilsə, xərcini özümüz ödəməli olacağıq» deyə sürücülərdən biri Simsar.az-ın əməkdaşı ilə söhbətində bildirib.

«Baku-Taxi" ASC-nin nümayəndəsi Məcnun Səfərov məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, vətənlaşlar sözügedən taksilərin fəaliyyətilə bağlı şikayətlərini qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə - (050) 356-30-41 nömrəli telefona zəng vurmaqla edə bilərlər".

Şirkətin rəhbəri İlqar Qasımov isə əlavə edib ki,
şirkətin qaynar xəttinə (*9000 nömrəsinə) son günlər əhalidən ayrı-ayrı taksi sürücülərinin qarlı hava şəraiti ilə bağlı qiymətləri qaldırmaqları ilə bağlı şikayətlər daxil olub.

“Biz belə sürücülərə qarşı ciddi cəza tədbirləri görür və adətən onları şirkətdən uzaqlaşdırırıq” - deyə Qasımov bildirib.

Qasımov onu da bildirib ki, qarlı günlərdə Bakıda cəmi 180 “London taksisi” xəttə buraxılıb. Bu da təxminən mövcud taksilərin yarısından bir az çoxdur.


RUSLAN






7 Fevral, 2012  21:47 Baxılıb: 1167 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner