Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Soyuq havalarda kimsəsiz uşaqlara sığınacaq verilməlidir

Qanunvericilikdə bu cür sığınacaqların tikilməsi nəzərdə tutulsa da, bunlar hələ hazır deyil 

“Bütün mövsümlərdə, o cümlədən belə şaxtalı havalarda kimsəsiz uşaqlara nəzarət olmalıdır. Kəskin soyuq vaxtlarda bu nəzarət ikiqat artırıq olmalıdır. Nəzarət ərazilərə xidmət edən post-patrul xidmətinin işçiləri və sahə müvəkkilləri tərəfindən həyata keçirilməlidir”. Bunu APA-ya millət vəkili Musa Quliyev bildirib. Onun sözlərinə görə, qarlı və kəskin hava şəraiti ilə əlaqədar olaraq post-patrul xidmətinin işçiləri və sahə müvəkkilinin vəzifələri daha atır: “Nəinki qarlı, çovğunlu hava, bütün hava şəraitləri kimsəsiz uşaqlar üçün təhlükəlidir. Amma bu cür havalarda həmin uşaqların monitorinqi aparılmalı, onlar sığınacaq və isti yeməklərlə təmin olunmalıdırlar”.

Millət vəkili deyib ki, ötən il parlamentdə qəbul edilən “Sosial xidmət haqqında qanun”da küçə uşaqları üçün sosial sığınacaqlar tikilməsi nəzərdə tutulur: “Gələn il yeni sosial sığınacaqların tikilməsi və bu cür sığınacaqların sayının artırılması məsələsi üzərində daha ciddi iş aparılacaq”. M. Quliyev başqa ölkələrlə müqayisədə Azərbaycanda küçə uşaqlarının sayının az olduğunu da deyib. Onun sözlərinə görə, bu ilk növbədə Azərbaycanın milli mentaliteti ilə bağlıdır, uşaqlar ailələrində və qohumların əhatəsində böyüyürlər.






7 Fevral, 2012  18:06 Baxılıb: 2296 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner