Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müəllimlərin işə qəbulunda yenilik olacaq

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik “Kadr Təminatı və Təlim Mərkəzi”nin yaradılması nəzərdə tutulub.
Təhsil Nazirliyindən verilən məlumata görə, 2011-2012-ci tədris ilində respublikanın ümumtəhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinin təhlili zamanı bır sıra vəzifələrin həyata keçirilməsini zəruri edib. Bu məqsədlə Təhsil Problemləri İnstitutu ilə birgə şagird kontingenti az olan məktəblərin kadr təminatının təhlil edilməsi və qoşaixtisaslı müəllimlərin hazırlanması üçün məqsədli yenidən hazırlanma təhsilinin təşkilinə, tələbat nəzərə alınmaqla qoşaixtisaslı müəllim kadrlarının hazırlanması üçün ali təhsilin maarif istiqaməti üzrə ixtisas siyahısına əlavələr edilməsinə dair təkliflər hazırlanmalıdır.

Bununla yanaşı, orta ixtisas təhsili bazasında az tələbat olan ixtisaslar üzrə pedaqoji kadr hazırlığının zəruri olub-olmamasının təhlilini aparıb təkliflər hazırlanmalı, “Müəllimlərin işə qəbulu üzrə Qaydalar” qeydiyyatdan keçirilmək üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir.
Müəllimlərin işə qəbulunun elektron proqram təminatı təkmilləşdirilməlidir. Bunun üçün ali və orta ixtisas təhsili müəssisələrini müsabiqə keçirilən ildə bitirənlərin təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil edilməli, müsabiqədə iştirak üçün elektron ərizədəki “şəxsiyyət vəsiqəsinin nömrəsi”nin Daxili İşlər Nazirliyinin məlumat bazasına qoşulmalı, proqram təminatına daha iki modul – “Müsabiqədən sonra vakant qalan yerlərə təkrar elektron ərizə qəbulu modulu” və “Vakant qalan yerlərə əlavə yerləşdirmə modulu” əlavə olunmalıdır.






7 Fevral, 2012  16:31 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner