Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan «İnternetin qismən azad olduğu ölkələr» sırasında

Ölkəmiz 20-ci yerdə qərarlaşıb 

«Freedom House» təşkilatı tərəfindən internetin və rəqəmsal medianın qlobal qiymətləndirməsini əks etdirən «Freedom on the Net 2011» hesabatında «İnternet azadlığı» göstəriciləri üzrə Azərbaycan «İnternetin qismən azad olduğu ölkələr» siyahısında yer alıb.

 Simsar.az-ın məlumatına görə, hesabatda bir sıra ölkə üzrə «İnternet azadlığı» göstəriciləri qiymətləndirilib və bu göstəriciyə görə Azərbaycan 48 balla 20-ci yeri tutub.

Hesabatda Estoniya, ABŞ və Almaniya tamamilə azad ölkələr kateqoriyasında ilk üçlüyü təşkil edib. İnternetin qismən azad olduğu ölkələr kateqoriyasında Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Rusiya yer alıb.

Maraqlısı odur ki, internet istifadəçilərinin sayına görə dünya lideri olan Çin isə bu siyahıda azad olmayan ölkələr kateqoriyasındadır. «İnternet azadlığı» üzrə «ən neqativ» ölkə kimi İran qiymətləndirilib.

Qeyd edək ki, «İnternet azadlığı» qlobal göstəricisi hər bir ölkədə olan internetin və media azadlığının ölçülməsi məqsədi ilə müəyyənləşdirilib. Burada ölkələr 0-100 bal şkalası ilə qiymətləndirilir. Belə ki, «0» bala yaxın ölkələr müsbət, «100» bala yaxın ölkələr isə mənfi xarakterizə edilir. «İnternet azadlığı» göstəricisinin hesablanması zamanı şəbəkəyə giriş maneələri, kontent məhdudiyyəti və istifadəçi hüquqlarının pozulması sub-indeksindən istifadə olunur.






7 Fevral, 2012  14:25 Baxılıb: 806 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner