Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Oqtay Əsədov: "Fransa siyasətçilərini daha həssas olmağa səsləyirik"

Milli Məclisin sədri Fransa Senatının üzvü Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, sədr Milli Məclisdə Azərbaycanın fransalı dostlarını salamlamaqdan məmnun olduğunu söyləyib. O, belə bir inamı ifadə edib ki, Fransa senatorlarından ibarət qrupun Azərbaycana budəfəki səfəri münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcək.

O. Əsədov bildirib ki, ölkələrimiz arasında əlaqələrin çox zəngin tarixi var: “Hələ XVI-XVII əsrlərdə Azərbaycan Səfəvilər dövləti ilə Fransa arasında siyasi və iqtisadi münasibətlər formalaşıb. Bu münasibətlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam edib. Ölkəmiz XX əsrin sonunda öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib”.

Söhbətdə spiker qeyd edib ki, Fransa ilə əməkdaşlığın inkişafına Azərbaycanın dövlət başçısı İlham Əliyev böyük əhəmiyyət verir. Bu gün siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərimiz inkişaf etməkdədir: “Azərbaycanla Fransa arasında ticarətin həcmi hər il artmaqdadır. Ötən ilin 11 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 4,4 milyard ABŞ dolları həcmində olmuşdur. Bu rəqəm bütövlükdə 2010-cu ilin ticarət dövriyyəsindən 2,2 dəfə çoxdur. Bu gün Azərbaycanda 40-dək fransız şirkəti fəaliyyət göstərir”.

Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmizin iştirakı ilə həyata keçirilən strateji layihələr Cənubi Qafqazın inkişafında mühüm əhəmiyyət kəsb edir: “Biz Fransa ilə parlamentlər səviyyəsində əlaqələrin genişləndirilməsinin tərəfdarıyıq. Belə hesab edirik ki, bu münasibətlər həyatın digər sahələrində əlaqələrin inkişafına da təkan verir. Hazırda hər iki ölkə parlamentariləri nüfuzlu beynəlxalq parlament təşkilatlarında, Avropa İttifaqının müxtəlif proqramları çərçivəsində faydalı əməkdaşlıq edirlər”.

Görüşdə O.Əsədov təəssüflə qeyd edib ki, demokratiyanın beşiyi sayılan Fransada uydurma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qanun Azərbaycan ictimaiyyətində böyük narahatlıq yaradıb: “Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrlərindən biri olduğunu nəzərə alsaq, ölkə ictimaiyyətinin bu narahatçılığı başa düşüləndir. Biz ümid edirik ki, Sizin kimi tərəqqipərvər insanların sayəsində bu qanunun qüvvəyə minməsi ilə bağlı son addım atılmayacaq. Fransa Konstitusiya Şurası insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş bu sənədin qüvvəyə minməsinə imkan verməyəcək”.

Sonra parlamentin sədri deyib ki, tarixi tarixçilər araşdırmalıdırlar: “Hansısa uzaq bir dönəmdə baş vermiş hadisəni siyasiləşdirərək onu bu gün parlamentdə müzakirə obyektinə çevirmək heç kimə baş ucalığı gətirməz. Bu halda çox böyük bir hərc-mərclik yaranar. Bu baxımdan, çox yaxın keçmişdə baş vermiş Xocalı soyqırımı kimi faciəyə, Azərbaycandakı 1 milyondan çox qaçqının düşdüyü vəziyyətə göz yumaraq, hansısa uydurma bir məsələni şişirdərək müzakirə obyekti etmək başa düşülən deyil. Biz Fransa siyasətçilərini bu məsələdə daha həssas olmağa səsləyirik”.

Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım Natali Qule Azərbaycana səfərdən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib. Qeyd edilib ki, nümayəndə heyətinin üzvlərindən bir qismi ölkəmizə ilk dəfədir səfər edir: “Azərbaycanda gedən quruculuq işlərini, buradakı demokratik dəyişiklikləri öz gözləri ilə görmək bölgə həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir. Qonaq Azərbaycan-Fransa münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edərək münasibətlərimizin dərinləşməsinə mane ola biləcək halların tezliklə aradan qalxacağına ümidvar olduğunu dedi.

Sonra görüş qarşılıqlı dialoq şəklində davam etdirilib.

Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov və digər rəsmi şəxslər iştirak edirdilər.






7 Fevral, 2012  02:08 Baxılıb: 725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner