Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib

Səfər çərçivəsində Nejdət Özəlin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri planlaşdırılır

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, general N. Özəlin təyyarəsi yerli vaxtla saat 18:00-da Bakıya enib.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində N. Özəlin Azərbaycanda bir sıra görüşləri planlaşdırılır. Səfər fevralın 9-dək davam edəcək.

N. Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 7-də Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək, həmçinin Müdafiə Nazirliyində olacaq.

Səfər çərçivəsində N. Özəlin Azərbaycanın hərbi qurumlarının rəhbərləri ilə, həmçinin Azərbaycan prezidenti və baş naziri ilə görüşləri planlaşdırılır.

Qeyd edək ki, bu ordu generalı N. Özəlin Baş Qərargah rəisi vəzifəsində Azərbaycana ilk səfəridir. Bundan əvvəl, o, 2011-ci ilin yanvar ayında, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı olarkən Bakıya səfər etmişdi.






7 Fevral, 2012  01:58 Baxılıb: 697 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner