Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

FHN və BP arasında Qarşılıqlı Fəaliyyət Planı imzalanıb

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq ediləcək

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşiri qəbul edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə nazir FHN və BP şirkəti arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini qeyd edib, gələcəkdə görüşlərin, treninqlərin, təlimlərin keçirilməsinin vacibliyini bildirib.

 

Öz növbəsində, R. Cavanşir də əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib və bu kimi görüşlərin iki qurumun əlaqələrinin genişləndirilməsi baxımından geniş imkanlar açacağına ümid etdiyini diqqətə çatdırıb.

 

Görüşdə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və BP şirkəti arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Qarşılıqlı Fəaliyyət Planı” imzalanıb.






7 Fevral, 2012  00:36 Baxılıb: 934 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner