Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Şölə Səfərəliyeva efirlərə “üsyan” etdi

Gənc müğənni istedadına güvənir

Həm “Qaya” Dövlət Ansablının solisti kimi, həm də solo fəaliyyət göstərən gənc müğənni Şölə Səfərəliyeva sözləri və musiqisi reper Mr. Babaya aid “Sən rəssam” adlı yeni mahnısına klip çəkdirib. Klipin rejissoru reperin özüdür. 
Müğənni ilə söhbətimizdə bəlli oldu ki, maddi vəziyyətinin zəif olması ilə əlaqədar klip heç bir telekanalın klip saatında yayımlanmayacaq: “Efirlərdə az görsənməyimin səbəbi maddi vəziyyətlə əlaqədardır. Bilirsiz ki, indi istedadına baxmadan, gənc müğənninin efirə çıxması kommersiya üzərində qurulub. Mən isə heç bir kanala pul verib efirdə görünmək niyyətində deyiləm. Zarafat deyil, “Qaya” kimi Dövlət Ansamblının solistiyəm. İstedadım göz önündədir. Belə olduğu halda, niyə efirə pul ödəyib çıxmalıyam? Bu səbəbdən də klipin yayımını ancaq saytlarla kifayətlənəcəyəm”.
Gənc müğənni onu da bildirdi ki, hazırda albom üzərində çalışır. Repertuarında bəstəkarlar Gövhər Həsənzadə, Vüsalə Hikmət, hətta müəllimi Rauf Babayev və digərlərinin bəstələrinin yer aldığını deyən Ş. Səfərəliyeva bir vaxtlar ifa etdiyi sözləri özünə, musiqisi gənc həmkarı Anar Yusufova aid “Aldatma məni” adlı mahnını yeni aranjimanda ifa edib, albomuna daxil edəcəyini söylədi.

Azər Nəsibov

 






6 Fevral, 2012  21:03 Baxılıb: 2057 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner