Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Azərbaycanın "Eurovision-2012" təmsilçisi tezliklə bilinəcək

"Eurovision 2012" Milli Finalın iştirakçıları həftə ərzində xüsusi proqramla çıxış edəcək

Eurovision Mahnı Müsabiqəsi 2012-də Azərbaycan təmsilçisinin müəyyən olunmasına çox az vaxt qalıb. Bakıda keçiriləcək “Eurovision 2012”də Azərbaycanı təmsil edəcək şəxsin adı bu həftənin sonunda açıqlanacaq. Fevralın 12-də Heydər Əliyev Sarayında keçiriləcək möhtəşəm Milli Final gecəsində 5 finalçı arasından qalib müəyyən olunacaq.

Bu günü səbirsizliklə və həyəcanla gözləyən finalçılarımız həftə ərzində tamaşaçılarla görüşə gələcək.

Bu gündən başlayaraq hər bir finalçı İctimai Televiziyanın canlı efirinə qonaq olacaq. Hər bir ifaçı izləyicilərə özünü daha da yaxından tanıtmaq üçün 30 dəqiqəlik proqramda performansını nümayiş etdirəcək. Bu gün 22.00-da ilk olaraq İctimai Televiziyanın efirində Arzu İsmayılova qonaq olacaq.

Xatırladaq ki, finalda Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə Babayeva və Orxan Kərimli mübarizə aparır. Həftə ərzində İctimai Televiziyanı izləyin və öz favorit ifaçınıza dəstək olun.






6 Fevral, 2012  20:20 Baxılıb: 939 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner