Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Siyavuş Novruzov: "Onlar fərari ziyalılar"dı

"Oradakı ziyalılar öz uşaqlarını ABŞ-a və Türkiyəyə qaçırdılar"

“Ziyalılar Forumu qeyri-qanuni bir qurumdur. Orada yığışanlar ziyalı adından istifadə edirlər. Onların əksəriyyəti Azərbaycanın qlobal problemləri dövründə ölkəni qoyub qaçıblar”.

Simsar.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib. O, bildirib ki, Azərbaycan ziyalısı xalqının problemlərinin həlli ilə, ölkədə islahatların keçirilməsi ilə məşğul olmalıdır: “Ölkədə həqiqi ziyalılar var. Onlar Azərbaycan ədəbiyyatı, elmi, incəsənəti, təhsili və digər sahələrin inkişafında iştirak edirlər. Bir qrup adam var ki, bunlar vaxtilə Azərbaycanın qlobal problemləri olan dövrdə ölkəni qoyub qaçan, Azərbaycan haqqında bir dənə də olsun dəyərli məqalə verməyən insanlardır”. 

S. Novruzovun sözlərinə görə, erməni ziyalılar Dağlıq Qarabağla bağlı mübarizə aparanda, həmin ziyalılar Moskva restoranlarında yeyib-içirdilər, indi də özlərini ziyalı kimi təqdim edirlər: “Onlar bir dənə yazı göstərsinlər ki, orada ermənilərə qarşı mübarizə aparıblar. Forumda olan digər ziyalılar isə öz uşaqlarını ABŞ-a və Türkiyəyə qaçırdılar. Bunlar fərari ziyalılardırlar. Hər hansı bir ziyalılıqdan danışa bilməzlər. Vətəni dar gündə qoyub qaçan əsgərlə belə ziyalı arasında heç bir fərq yoxdur”.






6 Fevral, 2012  18:54 Baxılıb: 766 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner