Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan prezidentinə "təxribat xarakterli" sual

Alman televiziyası Bakı haqqında "qara rəngli" film göstərəcək 

İlham Əliyev almanları inandıra bilmədi. Azərbaycan mətbuatı iddia edir ki, Ilham Əliyev Münxendə "təxribat xarakterli" sualla qarşılaşıb.

"Təxribat xarakterli" sualın məğzi odur ki, Münxen Təhlükəsizlik Konfransının iclaslarından birində iştirakçılardan biri Azərbaycanı Hüsnü Mübarəkin dövründəki Misirlə müqayisə edərək soruşub ki, "öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?".
Azərbaycan prezidenti bu suala cavab verib demişdir ki, onun prezidentlik illərində ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib, siyasi vəziyyət sabitdir, ölkədə çoxpartiyalı sistem mövcuddur, ölkədə azad mətbuat var və internet də azaddır. İlham Əliyev almanları əmin edib ki, Azərbaycanda Misir hadisələrinin təkrar olması qeyri-mümkündür, bunu arzulayanlar o günü görməyəcəklər. Azərbaycan prezidentinin səmimiyyətinə heç kimin şübhəsi olmasın. İlham Əliyev öz dediklərinə həqiqətən inanır. Bəs Azərbaycan prezidentinin sadaladığı nailiyyətlər almanları qane edibmi? Yox, qane etməyib. İlham Əliyev almanları inandıra bilməmişdir.

Almaniya televiziyasının nüfuzlu birinci kanalı olan "ARD" İlham Əliyev Münxendə "təxribat xarakterli" suala cavab verdiyi gün elan etdi ki, fevralın 5-də yerli vaxtla saat 23:05-də telekanalda "Avroviziya" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda yaranmış dözülməz vəziyyətlə bağlı "Bayerische Rundfunk", yəni paytaxtı Münxen olan Bavariya əyalətinin teleradio şirkəti tərəfindən hazırlanmış geniş bir sənədli film göstəriləcəkdir. Filmin xülasəsinə diqqət yetirək: Bakıda "Avroviziya" mahnı müsabiqəsi ucbatından şəhər sakinləri küçəyə atılır, evləri dağıdılır, bu problem haqqında həqiqəti yazmaq istəyən jurnalistlər təzyiq altındadır, onların ağzını yumurlar. Filmin süjetlərində evləri dağıdılan, fəryad edən sakinləri, "Avroviziya" mahnı müsabiqəsi üçün konsert sarayı tikilən ərazidə yerlə-yeksan edilən evləri görmək mümkündür. Alman mətbuatı yazır ki, „ARD“ telekanalı ilə göstəriləcək sənədli filmin çəkilişinə polis nəfərləri mane olmağa çalışmışdır. "ARD"nin müxbirləri insan hüquqları təşkilatlarının və müxalifətin nümyəndləri ilə də görüşmüşlər.

Sənədli filmin Azərbaycan prezidentinin Almaniyaya səfəri zamanı göstərilməsinin təsadüf olub-olmadığını söyləmək çətindir. Lakin fevralın 5-də gecə televiziya tamaşaçıları İlham Əliyevin Münxen konfransında söylədikləri ilə həqiqi vəziyyət arasındakı ziddiyyəti müşahidə edə biləcəklər.

İlham Əliyev almanları inandıra bilmədi. Təəssüf...






6 Fevral, 2012  18:10 Baxılıb: 744 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner