Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İran filminin “Oskar”a namizədliyinin verilməsi narazılıqla qarşılanıb

Bu Vaşinqtonun siyasi həmləsi kimi qiymətləndirilir

Iranlı rejissor Əsgər Fərhadinin “Bir ayrılıq” filminin Oskar mükafatına namizədliyinin verilməsi bu ölkədə bəzi siyasi dairələrin narazılığına səbəb olub.

Simsar.az-ın xariici mətbuata istinadən verdiyi xəbərə görə, filmin namizədliyinin verilməsi mollaların qəzəbinə tuş gəlib, bu, “Vaşinqtonun siyasi həmləsi” kimi qiymətləndirilib.

Yazıçı Məsud Fərasətinin cözlərinə görə, filmdə İran cəmiyyətinin təsviri Qərbin görmək istədiyi kimi təsvir edilir: “Namizədliyin arxasında siyasi məqsədlər dayanır. Filmin Oskar qazanması İranda xoş qarşılanmayacaq. ABŞ ölkəmizə sanksiyalar tətbiq edir, digər tərəfdən isə filmimizə mükafat verməklə bizə pozitiv mesaj göndərmək istəyir. Bu filmin uğuru illuziyadır. Yaxşı film deyil”.
Fərasətinin bu açıqlamasına rejimə yaxınlığı ilə seçilən digər sənət adamları da dəstək verib.

“Qızıl Qlobus”, eləcə də “Qızıl Ayı” kimi kinofestivallarda mükafatlar qazanan Əsgər Fərhadi İranın “Fars” xəbər kanalı tərəfindən mükafat mərasimlərində qadınlarla əl verib görüşdüyü və onlarla qucaqlaşdığı üçün tənqid edilib.

Qeyd edək ki, film İranda nümayişə çıxarıldıqdan sonra dərhal tənqidlərə məruz qalıb, “Qızıl Qlobus” mükafatı aldıqdan sonra Mədəniyyət Nazirliyi tərəfindən təbrik edilib.






6 Fevral, 2012  18:06 Baxılıb: 947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner