Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda 1969-cu ilin qışı gözlənilir

Fevralın 7-dən 8-nə keçən gecə 10 dərəcə şaxta olacaq

Fevralın 7-si axşamdan Bakı ərazisində hava şəraiti yenidən kəskin soyuqlaşacaq və çovğun olacaq.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bazar ertəsi Simsar.az-a deyib ki, fevral ayının 7-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, şimal-qərb küləyinin saniyədə 10-15, arabir 18, axşama doğru 20 metrədək güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə və gündüz saatlarında 0-3 dərəcə şaxta olacaq. Axşama doğru temperaturun mənfi 5-7 dərəcəyə enəcəyi gözlənilir. Yollar yenidən buz bağlayacaq.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-də gün ərzində hava şəraitinin daha da kəskinləşəcəyi gözlənilir. Belə ki, qar yağacaq, güclü şimal-qərb küləyi daha da şiddətlənəcək, küləyin maksimal sürəti arabir saniyədə 25-30 metrə çatacaq. Havanın temperaturu fevralın 7-nə nisbətən daha da aşağı enəcək, şaxtalar güclənəcək.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yaxın günlərdə ən kəskin hava şəraitinin fevralın 8-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.

Tağıyeva deyib ki, fevralın 7-si axşam və 8-də çovğun olacağı gözlənilir.

Bu proses fevralın 9-u səhərədək davam edəcək. Artıq fevralın 9-da yağıntılarda fasilənin olacağı, küləyin mülayimləşəcəyi gözlənilir.

Tağıyevanın sözlərinə görə, hazırda ölkə ərazisində şaxtalı hava şəraiti davam edir. Amma yaxın günlər ərzində ən çox hiss olunan güclü şaxta fevralın 7-si axşam və fevralın 8-nə gözlənilir.

Büro direktoru deyib ki, 110 illik meteoroloji müşahidələrə görə, fevralın 9-u və 10-da Bakıda və Abşeron yarımadasında sonuncu dəfə 1969-cu ildə 10 dərəcə şaxta olub. Yaxın günlər ərzində də temperaturun həmin rekord göstəriciyə yaxınlaşacağı gözləniliir.

Azərbaycanın rayonlarında fevralın 6-dan 7-nə keçən gecədən başlayaraq, fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq. Fevralın 7-si axşamdan yağıntıların intensivləşəcəyi, fevralın 8-də isə bəzi yerlərdə qarın güclü yağacağı gözlənilir.

Qeyd edək ki, son 10 gündə Bakıda iki dəfə çovğunla müşahidə olunan hava şəraiti qeydə alınıb.






6 Fevral, 2012  18:01 Baxılıb: 1040 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner