Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Məhkəmə Rafiq Tağının iddiasını təmin etmədi

Şikayət Nəsimi Rayon Məhkəməsinin qərarından verilmişdi

Bakı Apellyasiya Məhkəməsi mərhum yazar Rafiq Tağının ailəsinin şikayətini təmin etməyib. Şikayət Nəsimi Rayon Məhkəməsinin qərarından verilmişdi.

Nəsimi Rayon Məhkəməsinə üz tutan ailə Rafiq Tağıya qarşı sui-qəsdlə bağlı səmərəli araşdırmanın aparılmadığını, ailənin hüquqlarının təmin olunmadığını iddia edib, eləcə də yazıçının ölümündə həkimlərin günahkar olduğunu bildirib, bu məsələlərə hüquqi qiymət verilməsini istəyib. Nəsimi Rayon Məhkəməsi iddiaya baxmaqdan imtina edib.

 Vəkil Elçin Sadıqov Simsar.az saytına açıqlamasında deyib ki, Bakı Apellyasiya Məhkəməsi fevralın 6-da Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə sxlayıb.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə aparılır.






6 Fevral, 2012  17:56 Baxılıb: 945 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner