Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan ailələrinin əsas problemləri

Dövlət Komitəsinin sədr müavini: “Ailələrdə əsas problemlər məişət zorakılığı, erkən nikahlar, boşanmalar zamanı meydana çıxan əmlak mübahisələri ilə bağlıdır”

Azərbaycanda ailələrdə əsas problemlər məişət zorakılığı, erkən nikahlar, boşanmalar zamanı meydana çıxan əmlak mübahisələri ilə bağlıdır. Bunu bazar ertəsi Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr mavini Aynur Sofiyeva deyib.
Bu problemlərin həlli məqsədilə Komitənin müvafiq tədbirlər, layihələr həyata keçirdiyini qeyd edən Sofiyeva bildirib ki, erkən nikah probleminin həlli məqsədilə Komitənin təklifi əsasında ötən il qanunvericilik səviyyəsində qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Onun sözlərinə görə, nikah bağlanan zaman tərəflərin tibbi arayış təqdim etməsinin məcburiləşdirilməsi ilə bağlı da Parlamentə müraciət olunub və hazırda bu məsələ müzakirədədir.


Komitə rəsmisi bildirib ki, valideyn məsuliyyətinin artırılması məqsədilə qanunvericiliyə dəyişikliklər olunması ilə bağlı Komitə tərəfindən təkliflər verilib. Təkliflərdə uşaqlara baxımsızlıq edən valideynlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.


Sofiyeva bildirib ki, Azərbaycanda nikah, boşanma ilə bağlı statistika stabil qalır.
"Avropada ailə institutu məhv olmaq üzrədir. Azərbaycanda bu sahədə vəziyyətin stabil saxlanması vacibdir. Ötən il nikahların statistikasına nəzər salsaq, bu sahədə artım müşahidə olunur. Boşanmaların sayı isə 10 faizi keçməyib. Əhali artımında da problem yoxdur. İlbəil doğulan uşaqların sayı artır, o cümlədən keçənilki rəqəmlər də göstərdi ki, burada da problem yoxdur. Bu artıq müsbət nəticənin göstəricisidir", - komitənin sədr müavini deyib.


Qeyd edək ki, bu gün Dövlət Komitəsinin yaranmasının 6-cı ildönümüdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli fərmanı ilə yaradılıb. Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, müvafiq sahənin inkişafını təmin edir.






6 Fevral, 2012  17:24 Baxılıb: 920 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner