Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Türkiyədə BDP-nin binasına silahlı basqın edilib

Hücumun siyasi məqsəd daşıdığı bildirilir

Türkiyənin Batman vilayətində Barış və Demokratiya Partiyasının (BDP) və bələdiyyənin binasına naməlum şəxslər tərəfindən silahlı basqın edilib.
Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç nəfərdən ibarət həmin qrup öncə bələdiyyənin binasını, daha sonra isə bu binanın qarşısında yerləşən BDP-nin binasını pnevmatik tüfənglə atəşə tutub, dərhal sonra isə maşına minib qaçıblar.
BDP-nin Batmandan olan deputatı Ayla Akat basqının təsadüfü xarakter daşımadığını bildirib. Onun sözlərinə görə, iki il əvvəl, məhz eyni gündə partiyanın Ankaradakı ofisinə də bu cür basqın edilib: «Hər zamankı kimi atəş açanların ağılsız və ya sərxoş olduqları kimi iddialar səslənir. Amma bura Ankara deyil, Batmanda iqtidarda olan siyasi partiya BDP-dir. Hədəf də məhz bizim partiyamızdır». Buna baxmayaraq, partiya yetkilisi hücum edənlərin tapılacağı və cəzalandırılacağına ümid etdiyini bildirib.

Xatirə






6 Fevral, 2012  16:47 Baxılıb: 845 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner