Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Siyavuş Novruzov Müsavat başqanına cavab verdi

"Gedib öz işlərilə məşğul olsunlar" 

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat Partiyasının başqanı İsa Qəmbərin hakim partiyanın adının dəyişdirilməsi təklifinə münasibət bildirib. S.Novruzov Simsar.az saytına açıqlamasında deyib ki, müsavatçılar bu cür təkliflər verməkdənsə, öz problemlərini həll etsinlər: 

“20 ildir Müsavata yeni başqan tapa bilmirlər. Ona görə Müsavat başqanı və digərləri əvvəlcə öz problemlərini həll etsələr, bu zaman hansısa iş görmüş olarlar”.

Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıın sədri Qüdrət Həsənquliyevin Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulması təklifini Siyavuş Novruzov da dəstəkləyib. Müsavat başqanı İsa Qəmbər mətbuata açıqlamasında deyib ki, o təklifə dəstək verən YAP deputatları var: “Əgər onlar partiyalarının adını dəyişdirib Yeni Şimali Azərbaycan Partiyası qoysalar, o zaman onların səmimiyyətinə inanmaq olar. Xüsusən də nəzərə alsaq ki, partiyanın adını dəyişmək onların öz əlindədir. İstədikləri vaxt bunu edə bilərlər. Ölkə adı dəyişmək isə ciddi prosedurlar, referendum səviyyəsində addımlar, beynəlxalq səviyyədə ciddi səylər tələb edən məsələdir. Ona görə əgər YAP üzvlərinin fikri ciddidirsə, partiyalarından başlasınlar ki, cəmiyyəti də səmimiyyətlərinə inandırsınlar”.






6 Fevral, 2012  16:13 Baxılıb: 833 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner