Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Hüsni Mübarəkin xanımının "30 il Misirə hakim" kitabı nəşr olunub

Süzan Mübarək intihara cəhd etdiyini də qələmə alıb

Misrin keçmiş lideri Hüsnü Mübarəkin həyat yoldaşı, ölkənin keçmiş birinci xanımı Süzan Mübarək «Misirin birinci xanımı - 30 il Misirə hakim» adlı ömüryolu kitabı yazıb.


Keçmiş birinci xanım bildirib ki, ötən ilin fevralında ABŞ, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri həyat yoldaşına sığınacaq təklif edibmiş.

Simsar.az «MIGnews»-a istinadən xəbər verir ki, kitab Britaniya nəşriyyatlarından birinə 10 milyon funt-sterlinqə satılıb. 

Bu xatirədən parçalar «Rosaonline» adlı ərəb dilli saytda da verilib. Süzan Mübarək bu kitabı əlyazma şəklində 2005-ci ildə başlayıb, 2011-ci ildə başa çatdırıb.

Ölkənin keçmiş birinci xanımı gəncliyndə balet oynamağı xoşlayıb, stüardessa olmaq istəyib. Gənc təyyarçi Hüsnü Mübarək ona rast gələndə düşünrmüş ki, o, sevgilsinin arzularının gerçəkləşdirilməsinə yardımçı olacaq.

2011-ci il mayın 13-də Misir prokurorluğu onu «dövlət əmlakını mənimsəməkdə» itiham edərək, barəsində «əlüstü həbs qərarı» çıxarıb. Onda keçmiş birinci xanım böyük dozada yuxu dərmanı içərək, özünü öldürmək istəyib, ancaq həkimlər onu xilas edə bilib.

Məsələyə Hüsnü Mübarək və dostlarının qarışması nəticəsində ona qarşı irəli sürülən ittihamlar qaldırılıb.Süzan Mübarək bundan sonra xəstəxanaya ərinin yanına gəlib.

S.Mübarəkin yazdığına görə, əri amerikalıların təklifi ilə razılaşmaq istəyib, amma bütün sənədlər müsadirə olunduğundan ətraf aləmlə əlaqəsi kəsilib. Keçmiş prezidentin xanımı yazıb ki, həyat yoldaşı istefa verdikdən bir gün sonra öldürüləcəyinə əmin imiş. Ona görə də o, cangüdənlərinə tapşırıb ki, hətta ayaqyoluna gedəndə belə onu tək buraxmasınlar. Bundan başqa, kitabda yazılanlara görə, Misirin keçmiş lideri istefa verən gün ondan əl çəkəcəklərinə də inanırmış. Ailəsi ilə birlikdə onlar vertolyota mindirilib, Şarm əl-Şeyxə yola salınanda onlara tapança sıxıbmışlar, oğullar elə biliblər ki, ata Mübarəki gülləyəcəklər. Yalnız vertolyot havaya qalxandan sonra ailə üzvləri sakitləşib.






6 Fevral, 2012  15:33 Baxılıb: 881 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner