Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Münxendə Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşüb.
Simsar.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanla Finlandiya arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi bildirilən görüşdə əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.