Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İran bəzi Avropa ölkələrinə neft ixracını dayandıra bilər

İranın neft naziri xəbərdarlıq edib

Tehran bir barrel neftin ixracına qadağa qoyulacağı halda belə, ABŞ-ın təzyiqinə məğlub olmayacaq. İranın neft naziri Rüstəm Qasimi bunu bəyan edib. O, təxribat və siyasi təzyiq səbəbindən hər hansı ölkəyə güzəştə getməyəcəklərini və qanuni hüquqlarından əl çəkməyəcəklərini bildirib. 

Rüstəm Qasimi bir daha deyib ki, Avropa Birliyinin neft embarqosu İranın iqtisadiyyatına zərər vurmayacaq və Tehran Avropaya satışdakı itkini aradan qaldırmaq üçün artıq yeni müştəriləri müəyyən edib. O, eyni zamanda Tehranın bu embarqonun qisası kimi bəzi Avropa ölkələrinə də neft ixracını dayandırmağı nəzərdən keçirdiyini xəbərdarlıq edib, ancaq qış mövsümündə vəziyyəti nəzərə aldığını da deyib. 

"Avropa xalqına təzyiq göstrmək İran İslam Respublikasının prinsiplərinə uyğun deyil. Biz sanksiyalara görə qışın ortasında avropalılara təzyiq göstərənlərdən deyilik. Bu cür addımlar bizim siyasətimizə daxil deyil", -deyə Rüstəm Qasimi bunu qeyd edib.

Xatırladaq ki, ABŞ İranın Mərkəzi Bankına və bu ölkənin neft ixracını hədəfə alan yeni sanksiyalar paketini qəbul etsə də, bu qərar hələlik qüvvəyə minməyib. Avropa Birliyinin razılaşdırdığı neft embarqosu isə iyulda qüvvəyə minəcək. İranın ən böyük neft müştəriləri olan Rusiya, Çin və Hindistan isə hər hansı embarqoda iştirak etməyəcəyini açıqlayıb.






4 Fevral, 2012  20:18 Baxılıb: 822 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner