Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PAKİSTAN SƏFİRİ: “ERMƏNİSTANI DÖVLƏT KİMİ TANIMAYACAĞIQ” - EKSKLÜZİV

İnayat Ullah Kakar: “Kəşmir və Dağlıq Qarabağ problemləri oxşardı” 

Meksikadan sonra Pakistan İslam Respublikası da Xocalı soyqırımını tanıdı. Pakistan Senatının Beynəlxalq Münasibətlər Palatası Azərbaycan torpaqlarının 20%-inin işğal olunması və Xocalı soyqırımı haqqında bəyannamə qəbul edib. Bununla bağlı Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakar simsar.az-a açıqlamasında bildirib ki, Pakistan həmişə Azərbaycanı dəstəkləyir və hər zaman onun yanındadır. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat qeyd edib ki, Pakistan bu problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində ədalətli həllinin tərəfdarıdır. Səfir BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməyəcəyi təqdirdə, yəni Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər Pakistanın Ermənistanı bir dövlət kimi tanımayacağını bildirib.

Diplomat Kəşmir və Dağlıq Qarabağ problemləri arasında çox böyük paralellər və oxşarlıqlar olduğunu deyib. Pakistanın və Azərbaycanın eyni problemləri yaşadığını, buna görə də hər iki ölkənin problemə eyni mövqedən yanaşdığını söyləyib.

Səfir həmçinin Pakistan və Azərbaycanın istər siyasi, iqtisadi və sosial sahələrdə əməkdaşlığından danışıb, hər iki dövlətin dost ölkələr olduğunu bildirib: “Bu əməkdaşlıq gələcəkdə daha yaxından davam etdiriləcək. Eyni mövqedən çıxış etdiyimiz bir çox məsələ beynəlxalq aləmdə həllini tapanadək mübarizə aparacağıq”.






4 Fevral, 2012  17:32 Baxılıb: 1068 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner