Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Özəl ali məktəblərin arayışı ilə işləyən müəllimlərlə bağlı yenidən araşdırma aparılacaq

Misir Mərdanov təhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı tapşırıq verib

Azərbaycanda vaxtilə mövcud təlimati sənədlərinin tələblərinə zidd olaraq özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların müvafiq sənədləri bir daha araşdırılacaq. Bu barədə Simsar.az-a şənbə günü Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təhsil naziri Misir Mərdanov yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı tapşırıq verib.

Nazirin əmrinə əsasən, adıçəkilən qurumlar bu günədək təhsil sənədi olmayanlarla əmək müqaviləsinin ləğvini təmin etməlidirlər.

Ötən illər ərzində təhsil sənədi almış bu kateqoriyadan olan pedaqoji işçilərin diplomları araşdırılmalı və nazirliyə yazılı məlumat təqdim edilməlidir.

Araşdırılma nəticəsində təsdiq olunmuş faktlar əsasında saxta diplomla, habelə qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomla müəllim işləyənlərlə əmək müqaviləsinin ləğvi barədə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və müvafiq təhsil müəssisələri rəhbərlərinə məktub göndərilməlidir.

Bununla yanaşı, 1992-ci ildən etibarən xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomlarının nostrifikasiya edilməsi (ekvivalentliyinin tanınması) məqsədilə mövcud qaydada müvafiq sənədlərin nazirliyə təqdim olunması istiqamətində tədbirlər görülməlidir.

Əmrdə göstərilir ki, müxtəlif kursların vəsiqələri ilə işləyən şəxslərlə bağlanmış əmək müqavilələri ləğv olunmalıdır.






4 Fevral, 2012  16:58 Baxılıb: 793 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner