Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Avropadan "1453-cü il fəthi” filminə sərt reaksiya - video

Türkiyə İstanbulun fəthini bayram kimi qeyd etməməlidir, əksinə utanmalıdırlar

“Via Dolorosa” adlı Alman Xristian Dərnəyi İstanbulun fəthindən bəhs edən “1453-cü il fəthi” adlı türk filminə xristianların baxmamasını istəyib.

Simsar.Az-ın “Habertürk”-ə istinadən verdiyi xəbərə görə, dərnəyin verdiyi bəyənatda deyilir: “Türklər İstanbulun fəthini bayram kimi qeyd etməməlidirlər, əksinə utanmalıdırlar”.

Yunanıstanda da etirazla qarşılanmışdı

Rejissorluğunu Faruk Ulusoyun etdiyi “1453-cü il fəthi” filmi nümayişə çıxarılmamış etirazlara səbəb olub. Fateh Sultan Mehmetin İstanbulu fəth etməsindən bəhs edən film 16 fevral saat 14:53-də Türkiyə ilə birlikdə Almaniya, Hollandiya, Avstriya, Albaniya, Misir, Malayziya və İndoneziyada ilk dəfə nümayişə çıxarılacaq. Bir müddət əvvəl Yunanıstanda film əleyhinə boykot kampaniyası keçirilmişdi, indi isə Almaniyada “Via Dolorosa” adlı Alman Xristian Dərnəyi filmi boykot etmək üçün bəyənat yayıb.

Xristianlar filmə baxmasın!

Türklərin başqa dinə inananlara, insan haqlarına hörmət etmədiyi iddia edilən bəyənatda bu cümlələr yer alıb: “Fateh İstanbulu işğal edib Ayasofyanı məscidə çevirdikdən sonra, 3 gün boyunca əsgərlərin cinayət törətməsinə, oğurluq etməsinə və qadınlara təcavüz etməsinə icazə verib. Şəhər qan gölünə dönüb. Əslində Türkiyə İstanbulun fəthini bayram kimi qeyd etməməlidir. Əksinə, insan haqlarına və xristianlara zərər verdikləri üçün utanmalıdırlar. Xristianların bu filmə baxmamasını tövsiyyə edirik”.






4 Fevral, 2012  16:14 Baxılıb: 1410 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner