Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Taksilər kef edir - sui-istifadə

Natiq Ələkbərli: "Taksilərin qiymətlərinin qalxması risklərlə bağlıdır"

Havaların soyuq və qarlı keçməsi taksi sürücülərinin deyəsəçən ürəyincə olub. Belə ki, adi vaxtlarda onlar hansısa bir məsafəyə görə sərnişindən normal hesab edilən miqdarda pul alırdılarsa, qardan sonra qiymətləri əməlli başlı qaldırıblar. Eyni məsafəyə görə vaxtilə 2-3 manat alan sürücü indi buna görə 10-15, bəzən hətta 20 manat alır. Bir sözlə, onlar yaranmış situasiyadan sanki sui-istifadə edirlər.

Bildiyimiz kimi, qarlı havada bir çox sərnişin nəqliyyatı, marşrut avtobusları yollara çıxa bilmir. Həmin ərəfədə sərnişin nəqliyyatının sayında xeyli azalmalar baş verir. Bu isə sərnişinlərin saatlarla yollarda qalması ilə nəticələnir. Heç də bütün sərnişinlər şaxtalı havada uzun müddət yolda qalmağa dözümlü olmur. Belədə onların "köməyinə" taksilər gəlir. Taksi sürücüləri isə fürsətdən istifadə edərək qiymətləri qaldırırlar. Əldə etdiyimz məlumata görə, artıq iki gündür ki, metronun "Koroğlu" stansiyasından Buzovna və Mərdəkan istiqamətinə getmək üçün taksilər bəzən 30-40 manat tələb edirlər. Halbuki, adi günlərdə qiymət 5 manatdan yuxarı olmur. Yenə də metronun "Koroğlu" stansiyasından aeroporta 30 manat tələb edənlər olur. Adi halda isə bu qiymət 3-5 manatdır. Nəşriyyatdan metronun "20 yanvar" dairəsinə gedən taksilər də analoji addımlar atıb. Onlarda adi halda 2 manata olan qiymət 20 manata çatıb. Taksi sürücüləri bizimlə söhbətdə bunun qar yağan dövrdə risk amilinin artması ilə əlaqələndirirlər. Metronun "20 yanvar" istiqamətindən hərəkət edən Rövşən adlı taksi sürücüsü iddia etdi ki, qarlı hava onların fəaliyyətinə mənfi təsir edir: "Belə havada risk ehtimalı artır. Vəziyyət riskli olduğundan biz də qiymətləri qaldırmalı oluruq. Amma bütün hallarda hansısa bir yola görə əvvəl 20 manat deyiriksə, sərnişinlə razılaşdıqdan sonra onu 10 manata qədər də sala bilərik. Amma risk şəraitində bundan artıq güzəşt mümkün deyil. Onsuz da havalar düzələn kimi, yenidən qiymətlər əvvəlki səviyyəyə salınacaq".


Lakin nəqliyyat məsələləri üzrə ekspert Natiq Ələkbərli taksilərin qiymətləri qaldırmasının sırf risk amili ilə bağlı olduğu qənaətindədir: "O vəziyyətdə ictimai nəqliyyat işləmirsə, taksilər yollara risk edərək çıxır. Belədə taksilərin qiymətlərinin birdən-birə yüksək olaraq qalxması risklərlə bağlıdır. Taksi xidməti göstərən şəxslər təhlükə və riski nəzərə almaqla işə çıxır. Eyni zamanda belə kəskin hava şəraitində işləmək də çox çətindir. Bu halda bir tərəfdən əhalini aparan maşınların sayı azalır, digər tərəfdən tələbat da artır. Bu hal ekstremal şəraitdə olan bir vəziyyətdir. Ona görə də taksilərlə bağlı görülməsi gözlənilən tədbirləri sözügedən məqama aid etmək olmaz. O artıq keçdi getdi. Hətta taksilərlə bağlı nəzərdə tutulan tədbirlər görülsə belə, soyuq və şaxtalı havalarda yenə də qiymətlərdə artımlar olacaq. Bu vəziyyət özünü həmişə belə göstərib. Taksometrlərə gəldikdə, onların qurulması heç də o demək deyil ki, bu cihazlar həmin məsələni, yəni qiymətlərin artıb azalmasını tənzimləyir. Taksometrlər taksi xidməti göstərən qurumun göstərdiyi xidmət müqabilində aldığı pula nəzarət etməkdən ötrüdür. Bu cihazın taksi sürücüsünün sərnişindən artıq və ya az almasına hər hansı bir aidiyyəti yoxdur. Hava şəraitinin kəskin pisləşməsi və ekstremal şəraitlə bağlıdır. Ona görə də bu halı ümumi qiymətlərlə əlaqələndirmək olmaz. Sürücülər belə havada öz həyatları və əmlaklarını riskə qoymaqla əhaliyə xidmət göstərir. Qiymətlərin artmasında bu amili nəzərə almaq gərəkdir. Maşın sürüşüb zədələnsə, onun xərcini ödəməyi öhdəsinə götürən hər hansı bir qurum yoxdur. Belə problemləri də yalnız sürücülər öz hesablarına ödəyir. İkinci bir tərəfdən şəhərdə taksometrlə işləyən taksilər hazırda yox dərəcəsindədir".






4 Fevral, 2012  14:49 Baxılıb: 1007 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner