Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hz.Peyğəmbərin (s.ə.s) mövludu

Bayramınız mübarək!

Bunlar Rəcəb ayının ilk cümə gününə təsadüf edən Rəqaib gecəsi, həmin ayın 27-sinə təsadüf edən Merac gecəsi, Şaban ayının 15-inə təsadüf edən Bəraət gecəsi və Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir.

Dini baxımdan önəmli günlər olan bu mübarək gecələr müsəlmanların sevinc əlaməti olaraq məscidlərdə və ailələrdə qeyd edilir. Bunu da qeyd etməliyik ki, nə həzrət Peyğəmbərin(s) sağlığında, nə də dörd xəlifənin xilafəti zamanında, Əməvilər və Abbasilər dönəmində mövlud mərasimi keçirilməmişdir. Lakin digər dörd mübarək gün qeyd olunmuşdur.

Mövlud-ərəb sözüdür-doğum, doğum yeri və zamanı anlamına gəlir. Məsələn mövludun-Nəbi dedikdə hz. Peyğəmbərin (s) Rəbbiul-əvvəlin 12 və ya 17-nə təsadüf edən doğum gününü ifadə edir. Mücərrəd mənada işlədildikdə sadəcə hz. Peyğəmbərin(s) doğumunu ifadə edir. Hz. İsanın doğumuna “milad” deyildiyi kimi. Bu baxımdan mövludu Nəbəvi dedikdə bütün İslam dövlətlərində Peyğəmbərin (s.ə.s) doğum günü və bu gün münasibətilə keçirilən mərasimlər nəzərdə tutulur.

Mövludun ilk keçirilmə tarixi

Misir tarixçisi və coğrafiyaçısı Makrizi deyir ki, Hz. Peyğəmbərin (s) doğum gününü ilk dəfə İsmaili məzhəbindən olan Fatimilər Qahirədə təşkil etmişlər Bu da X yüz illiyin sonu XI yüzilliyin əvvəlinə təsadüf edir. Bu dönəmdə Fatimilərin nüfuzu Afrikanın yarısını əhatə edirdi. Fatimilərin bu mərasimləri Səlcuqilərə qədər davam etdi. Fatimilərin bu mərasimlərin keçirilməsində əsil məqsədləri öz ideologiyalarını yaymaq idi. Fatimilərin bu mərasimlərini sözün tam mənasında xalq mərasimi saymaq mümkün deyil. Çünki bu mərasimlərə ancaq dini və siyasi çevrə qatılırdı. Belə ki, mərasim keçirənlər Fatimi xəlifəsinin sarayına gəlir və Qahirənin üç böyük vaizi orada moizə edirlər. Yalnız sarayda süfrə açılırdı.

Qahirədə keçirilən bu mərasimlərdən təbii ki, mərkəz olan Bağdadın xəbəri var idi. Bu mərasim İslama zidd olmadığından xəlifə bir qrup kütlənin belə mərasim keçirməsinə heç bir reaksiya vermirdi.

Bağdad tarixçisi ibnul Cövzi yazdığına görə XI əsirdə Bağdad yaxınlığından Ukbərə qəsəbəsində xalq ilk dəfə Mövlud keçirdi. Daha sonra xalq tərəfindən təşkil edilmiş mərasimlərdə xəlifə və dövlət məmurları da iştirak etmişlər. Lakin bu mərasimlər rəsmi mahiyyət daşımırdı.

Mövlud mərasimlərini sistematik bir şəklə salan səlcuqilərin Ərbil atabəyi, yəni Ərbil hökmdarı Əbu Səid Müzəffərəddin Goyborudur. Bu şəxs Səlahəddin Əyyubinin bacısının əridir. Səlahəddin Əyyubi kimi böyük fəthlər etmişdir. Bu mücahid qazi son dərəcə dindar və xeyirsevər insan olmuşdur. Çoxlu sayda müalicə ocaqları, müsafirxanalar, kimsəsizlər üçün yerlər tikdirmişdir. Çoxlu sayda əsirlər azad etmişdir. O, 1171-ci ildə Fatimi sultanlığını məğlub etmişdir. Beləliklə islam dünyasında Türk hakimiyyəti dövrü başladı.
Bu illər ərzində mövlud mərasimi üçün xüsusi hazırlıqlar gedirdi. Bunun üçün Bağdaddan, Misirdən, Şamdan və başqa yerlərdən olan təfsirçilər, fəqihlər, alimlər məhərrəm ayında məlik Müzəffərəddinin yanında toplanırdılar və mövlud mərasimi haqda məşvərət edirdilər.

Hz.Peyğəmbərin (s) Mövlud gününün ixtilaflı olması səbəbindən M. Göyboru rəsmi mərasimi bir il rəbiul-əvvəl ayının 12-si, bir il də 17-si keçirirdı. Fatimilərdən fərqli olaraq bu mərasimlərdə xalq kütləsi iştirak edirdi. Xüsusən sufilər Məlik Muzfərəddin Göyboru təşkil etdiyi mövlud mərasimlərində xüsusilə sufilər fəal iştirak edirdilər insanlara gözəl yeməklər, şirniyyatlar paylayırdı insanlar da bu mərasimdən yüksək ruhi zövq alırdılar

Mövludun mətnləri

Həzrət Peyğəmbərə(s) ilk mədhiyyə Onun öz sağlığında Ka`b bin Züheyr tərəfindən edilmiş “Banad əs-Suad” adlı şeir və Busrinin “Həmziyyəsi” sayılır.
Mövlud adlı ilk əsər isə İbn Duhyl Əbul-Xəttab Ömərul-Hafizin məlik Göyboruya təqdim etdiyi “Kitabül-Tənvir fi Mövludus-Suvari-əl-Munir” qəbul edilir. Türkcə yazılan ilk mövlud Süleyman Çələbinin 1409-cu ildə qələmə almış “Vəsilətün-Nəcat” əsəridir. Mərasimlərdə oxunan mövlud mətnləri dörd dəsgah üzərində- dugah, huseyni, rast və irak məqamında oxunur. Lakin bəziləri bunu özlərinə məxsus bir tərzdə oxuyurlar.

Ümumiyyətlə mövlud mərasimlərində öncə Qurani-Kərim tilavəti olunur, sonra mövlud mətnlərindən məsələn S.Çələbidən musiqi məqamına uyğun olaraq bölümlər oxunur. Hər mövlud mətnindən sonra da Qurani-Kərim oxunur. Mövlud mərasimində açılış olaraq Viladət (doğum) bəhsi də oxunur. Mərasimlərdə şərbət və şəkər paylamaq türk adətidir. Bəzi yerlərdə gül suyu da verilir.

Peyğəmbəri (s.ə.s) hər il təntənəli yada salmaq ümmətə nə verir? Nə üçün mövlud mərasimləri keçirilir?

Müsəlmanlara görə insan yaradılışın ən mükəmməlidir. Allahın Rəsulu isə insanların ən kamili və ən üstünüdür. Lakin bu gün ki, günümüzdə onun və şəxsiyyətinin yetərincə tanındığı qənaətində deyilik.

Yanlış başa düşülməsin sanki Peyğəmbərimiz(s) gizli qalmışdır. Daha geniş tanıtma şansı və imkanımızın olduğunu demək istəyirəm.

Peyğəmbərimizin əxlaqı Quran əxlaqıdır. Qurani-Kərim isə bütün hikmət zənginliyi və elmi dərinliyi ilə ortadadır. Allah-təala buyurur: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən” Ayrıca Peyğəmbərimizin(s) mübarək həyatı və sözləri də bəllidir. Müsəlmanlar tərəfindən yetərincə sevildiyinə və hörmət göstərildiyinə də inanıram. Bu sevgi və hörmət bizə əcdadımızın mirasıdır. Bizlər də Peyğəmbərimizi çağdaş dünyamızın şərtlərinə müvafiq insanlıq problemlərinə çözüm gətirəcək səviyyədə yenidən tanımalı və tanıtmalıyıq. Bu tanıtmada mövlud tədbirlərinin çox böyük əhəmiyyəti vardır. Çünki mövlud dedikdə sadəcə Rəsulullahın (s) doğum günü nəzərə alınmamalıdır.

Mövludda insan oğlunun ən uca dəyərləri olan din və iman var. Bəşəriyyətin ən uca, ən ülvi inanc və duyğu qaynağı olan Allah və Peyğəmbər sevgisi var. Allah kəlamı olan Quran var.

Qaranlıqlar içindən parlayan bir nur var. Vəz və nəsihətlər var. Ruhumuzun qidası olan dua və niyaz var.

Mövlud Əhməd, Mahmud, Muhəmməd əfəndimizin şəfaətinə ərz halımızdır.
Mövludda iman, duyğu, fikir və zövq ortaqlığı var. Dünya həyatından bir anlıq ayrılıb, özünə dönüş və nəfsi hesabat vardır.
Mövludda birlik vardır. Qardaş və qardaş olma idrakı vardır. Varlığın bir camaat olma vəhdəti vardır.






4 Fevral, 2012  01:52 Baxılıb: 1683 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner