Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

360 kq saxta ərzaq mağazalardan yığışdırılıb

Dükanlarda aparılan monitorinqlər zamanı ərzaq malları satışdan çıxarılaraq məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında apardığı monitorinqləri davam etdirib. Nazuirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən bu dəfə keçirilən növbəti monitorinqlər zamanı

 

Bakının Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospekti, ev 38 ünvanında Elman Orucova məxsus mağazada, Nizami rayonunda Q.Qarayev prospekti, 2528-ci məhəllədə yerləşən "Sevimli market"də, B.Çobanzadə küçəsi, ev 21 -in həyətində yerləşən "Orxan market"də, Binəqədi rayonunda M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 3248-ci məhəllədə yerləşən "Sevimli Dad market"də, Nəsimi rayonunda S.Salayev küçəsi, ev 46 ünvanında Mirzəbala Ağayevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub,

 

Həmçinin Binəqədi rayonunda 7-ci mikrorayon, 3123-cü məhəllədə yerləşən "Seko market"də, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, Gənclik küçəsi, ev 129 ünvanında Süleyman Məhərrəmova məxsus mağazada, Sabunçu rayonunda Zabrat qəsəbəsi, Babək küçəsi, ev 28, mənzil 2 ünvanında Ülviyyə Qurbanovaya məxsus mağazada, Xətai rayonunda R.Bağırov küşəsi, ev 36, mənzil 5 ünvanında yerləşən "Ümid market"də, 7-ci Qara Şəhər, ev 7 ünvanında yerləşən "Akfa market"də, M. Mehdizadə küç, 1208 məhəllədə yerləşən "Qlobus market"də, Xocalı küçəsi, ev 24A, mənzil 78 ünvanında Rasim Ağcayevə məxsus mağazada, Nəsimi rayonu S.Vurğun küçəsi, 941-ci məhəllədə Eynur Məmmədova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib,

 

Bundan başqa, Şəki şəhərində N.Nərimanov küçəsində Elxan İsmayılova məxsus mağazada, Sumqayıt şəhərində 9 mikrorayon, Koroğlu prospektində Südabə Əsgərovaya məxsus mağazada, Zaqatala şəhərində Nizami küçəsində yerləşən "Zift market"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən mallar aşkarlanıb.

 

Bundan başqa, Kürdəmir rayonunda Bazarın girişində Xasay Rəsulova məxsus mağazada, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Elman Nəbiyevə məxsus mağazada, Füzuli rayonunda Bala Bəhmənli kəndində Bəhruz Babayevə məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.

 

Ümumilikdə, monitorinqlər zamanı 360 kiloqramdan çox ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.






3 Fevral, 2012  23:26 Baxılıb: 1054 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner