Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Windows Phone 8”-in xüsusiyyətləri açıqlandı

Kompüterlə sinxronlaşdırma prosesi sadələşdiriləcək

“Microsoft” korporasiyasının vitse-prezidenti Co Belfiore şirkətin tərəfdaşları üçün nəzərdə tutulan təqdimatda “Windows Phone 8 “mobil əməliyyat sistemi barədə ətraflı məlumat verib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Co Belfiore təsdiq edib ki, “Windows Phone 8” həqiqətən “Windows 8” nüvəsinə əsaslanır. 

Tərtibatçılar proqramları mobil əməliyyat sistemi üçün yazan zaman masaüstü platforma üçün əlavələr kodunun çox hissəsindən istifadə edə biləcəklər. Əməliyyat sistemində rəsmən çoxnüvəli prosessorların, dörd təsvir ölçüsünə malik displeyin (dəqiqliklə məhz hansının olduğu göstərilməyib) və NFC texnologiyasının dəstəklənməsi öz təsdiqini tapıb. “Windows Phone 8” əməliyyat sistemli smartfonlarda microSD slotu, quraşdırılmış “Skype” proqramı və məlumatların sinxronlaşdırılması üçün “Apple iCloud”-a bənzər təkmilləşdirilmiş “bulud” servisi mövcud olacaq. Bundan başqa, kompüterlə sinxronlaşdırma prosesi sadələşdiriləcək. “Windows Phone 8”-in təqdimatı cari ilin dördüncü rübündə gözlənilir. O vaxtadək onlayn əlavələr mağazasında “Microsoft”-un mobil əməliyyat sistemi üçün ən azı 100 min proqramı olmalıdır.






3 Fevral, 2012  22:50 Baxılıb: 982 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner