Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hökumət və təhlükəsizlik xidmətləri hakerlərlə bacara bilmir?!

"Dünya ölkələri texnologiyaların inkişafı ilə ayaqlaşa və ölkələrini müasir kibertəhlükələrdən müdafiə edə bilmirlər" – bu barədə  ABŞ-ın milli kəşfiyyat rəhbəri Ceyms Klepper qeyd edib.

O, faktiki olaraq ABŞ hakimiyyətinin də kibertəhlükələrdən müdafiəyə zəmanət verə bilmədiyini təsdiqləyib.
"LulzSec" haker qrupu hökumət və bir sıra korporasiyaların saytlarına "DDoS" hücumlar həyata keçirib. "NASDAQ" və Beynəlxalq Valyuta Fondu serverlərinin "sındırılması" ABŞ-ın əsas sektorlarının və dünya iqtisadiyyatının zəifliyini vurğulayır" - Klepper bildirib.

Onun sözlərinə görə, əsas problemlərdən biri kompyuter casusluğu və xarici kəşfiyyatların ABŞ-ın qapalı kompyuter şəbəkələrinə daxil olmaq cəhdləridir.

O qeyd edib ki, ABŞ üçün kibersahədə əvvəlki kimi əsas təhlükə Çin və Rusiya dövlətləridir.
"2011-ci ilin oktyabr ayında dərc edilmiş tədqiqata əsasən, məhz bu iki ölkənin subyektləri ABŞ-ın kompyuter şəbəkələrinə kütləvi nüfuz edirlər və Amerikanın intellektual mülkiyyətini oğurlayırlar" - Klepper qeyd edib.






3 Fevral, 2012  15:38 Baxılıb: 959 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner