Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda 66 nəfər sürüşərək travma alıb

Ötən gün donvurma ilə bağlı təcili yardıma 4 müraciət daxil olub

Ötən gün Bakıda şaxtalı havada Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1239 nəfər müraciət edib, onlardan 204 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov Simsar.az-a açıqlamasında bildirib.

Müraciət edənlər içərisində 132 nəfər travma alıb. Travma alanların 66 nəfəri yalnız yıxılaraq xəsarət alanlardır ki, onların 60 nəfəri xəstəxanaya yerləşdirilib. Digələri isə yol qəzalarında, digər hadisələrdə xəsarət alıblar. Bundan başqa, dəm qazından zəhərlənmə ilə bağlı 19 müraciət daxil olub ki, onlardan 11-i xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfər - bir yaşlı körpə ölüb. 

Donvurma ilə bağlı isə 4 müraciət edilib. Sonuncu müraciət bu günə səhər saat 09:50 radələrində olub. 45-50 yaşlarında kişi donvurmadan ölüb”, - deyə Mürsəl Həmidov vurğulayıb.

Qeyd edək ki, Mürsəl Həmidov bir daha vətəndaşlara müraciət edərək diqqətli və ehtiyatlı olmağı tövsiyyə edib: “Vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı təqdirdə lazımsız yerə təcili yardıma müraciət etməsinlər. Əsassız küçəyə çıxmaq özünü təhlükəyə atmaq və həyatı risqə qoymaq deməkdir. Xüsusən də yaşlı insanlar yüngül yıxılmaqla ağır xəsarət ala bilər. Yaşlı insanların ümumiyyətlə küçəyə çıxması məsləhət deyil. Çünki yaşlı insanlarda sümüklər kövrək olur və əgər qırılma baş verərsə, sümüklər gec bitişir. Ona görə də, əsassız olaraq küçəyə çıxmasınlar, buzla örtülmüş yollarda hərəkət etməsinlər”.






3 Fevral, 2012  15:09 Baxılıb: 868 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner