Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Metyu Brayzanın geri çağrılması ABŞ-ın səhvidi"

Bu barədə konqresmen Maykl MakMahon bloqunda yazıb

ABŞ-nın Azərbaycandakı səfiri Metyu Brayzanın geri çağırılması Amerikanın çox qiymətli müttəfiqi olan Azərbaycanla münasibətlərində növbəti bir səhv addımdır. Simsar.az-ın məlumatına görə, bunu Nümayəndələr palatasının Demokrat partiyasından olan keçmiş üzvü Maykl MakMahon Konqressin bloqunda yazıb.

Prezident Barak Obama 2010-cu il dekabrın 29-da şəxsi qərarı ilə Metyu Brayzanı Azərbaycana səfir təyin edib. ABŞ Konqresi bir neçə ay ərzində erməniyönlü senatorlar Barbara Bokser və Robert Menendesin təzyiqi altında onun namizədliyinin təsdiqlənməsinə mane olub. Keçən ilin dekabrının sonlarında səfir Brayza namizədliyinin Senat tərəfindən yenidən təsdiqlənməməsindən sonra Azərbaycandakı missiyasını başa vuraraq ABŞ-a qayıdıb.

"Azərbaycan sınanmış bir müttəfiqimizdir və Cənubi Qafqazda ortaya çıxan bu qüvvə ilə yaxşı münasibətlər qurmaq şübhəsiz ki, Amerikanın mənafeyinə xidmət edir. Ölkəmizin xarici siyasəti həyata keçiriləndə partiya mənafelərinə üstünlük verilməməlidir", deyə Nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin keçmiş üzvü olan MakMahon qeyd edib.

MakMahon vurğulayıb ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etməsindən bəri ABŞ-la yaxınlaşmağa cəhd göstərib.

Keçmiş konqressmen onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır, ABŞ isə ATƏT-in Minsk qrupunun çərçivəsində bu prosesi dəstəkləməyə davam etməlidir.






2 Fevral, 2012  14:54 Baxılıb: 909 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner