Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qəzet yayımında problem yaranıb

Qəzetlərin köşklərə çatdırılmaması yolların buz bağlaması ilə əlaqədardır

Bakıda hökm sürən anomal hava şəraiti və güclü qar gündəlik qəzetlərin köşklərə catdırılmasını ləngidir.

Simsar.az-ın məlumatına görə, bir çox qəzet köşklərinə gündəlik qəzetlər hələ gətirilməyib.

Azərbaycan Dövlət Nəşriyyatından Trend-ə verilən məlumata görə, nəşriyyat öz tərəfindən bütün işləri görüb, qəzetlərin köşklərə çatdırılmaması yolların buz bağlaması ilə əlaqədardır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-ə kimi hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Fevralın 3-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20 metr, arabir 23-25 metr sürətilə əsəcək, günün ikinci yarısında saniyədə 9-14 metrədək zəifləyəcək.

Havanın temperaturunun gecə 3-5, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.






2 Fevral, 2012  14:52 Baxılıb: 828 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner