Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

AVTOBUS REYSLƏRİ DAYANDIRILDI

 720 avtobusdan 300-ü xarab olub

Bakıda cümə günü ictimai nəqliyyat vasitələrindən 720 avtobus xəttə çıxsa da, onlardan 300-ə yaxını yollarda qalıb. Bu barədə Simsar.az-a Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, taksilər işləyirlər.

Həsənov deyib ki, hazırda nazirliyin yol xidməti yolların təmizlənməsi üçün bütün səyləri göstərir, lakin güclü buzlaşma səbəbi ilə texnika paytaxtın enişli-yoxuşlu yerlərində işləyə bilmir.

O qeyd edib ki, ötən həftə sonu havanın pisləşməsi zamanı 70 avtobus qəzalarda deformasiyaya uğrayıb.

Pis hava şəraiti, həmçinin şəhərlərarası və beynəlxalq avtobus reyslərinin də həyata keçirilməsinə mane olub. Bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzalından bildirilib.

Qeyd edilib ki, bu gün səhərdən pis hava şəraiti ilə əlaqədar paytaxtdan heç bir avtobus yola çıxmayıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Moskva-Bakı qatarı paytaxta vaxtında çatıb, Bakı-Xarkov reysi axşam saat 22:30-da yola düşəcək.

Daxili reyslərdən Astara, Horadiz və Balakəndən gələn qatarlar Bakıya vaxtında çatıb. Ağstafa-Bakı, Qazax-Bakı, Tbilisi-Bakı reysləri bir saat gecikmə ilə stansiyaya daxil olacaqlar.

Bu gün səhər Bakı-Astara elektrik qatarı və Bakı-Gəncə ekspress qatarı yola düşüb.

Bütün qatarlarda isitmə sistemləri işləyir.






2 Fevral, 2012  14:45 Baxılıb: 1658 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner