Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Bakı-Quba-Rusiya magistralında, Bakı-Şamaxı istiqamətində yollar tamam buz bağlayıb

Havanın şaxtalı, yolların buzlu olması ilə əlaqədar Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə növbəti dəfə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Simsar.az-a açıqlamasında bildirib ki, yolların buzlu, avtomobillərin hərəkətinin çətinliyini nəzərə alaraq vətəndaşlar imkan daxilində fərdi avtomobillərdən az istifadə etmək məsləhət görülür. 

“Ötən gün yağışdan sonra şaxta ölkə ərazisindəki bir çox yolları keçilməz edib, yollar tamamilə buz bağlayıb. Bu gün səhərdən çovğun vəziyyəti daha da çətinləşdirib. Hava şəraitinin pis olması ilə əlaqədar yol polisi də gücləndirilmiş iş rejiminə keçib. Təcrübəsi yetərincə olmayan sürücülər ictimai nəqliyyatdan istifadə etsələr daha yaxşıdır. Amma yoların sürüşkən olması peşəkar sürücüləri də qəzalardan sığortalamır. Çalışmaq lazımdır ki, hər iki oxu aparıcı olan “Niva”, “Cip” və bu tipli avtomobillərlə yola çıxsınlar, yaxud maşınların qış şinlərindən istifadə etsinlər. Avtomobillərin təkərlərinə zəncir vursunlar. Ümumiyyətlə lüzum olmazsa, fərdi avtomobillərdən az istifadə etsinlər”, - deyə Kamran Əliyev vətəndaşlara tövsiyyə edib.

Yol polisinin sözlərinə görə, ölkənin bəzi yollarında avtomobillərin hərəkəti olduqca çətindir. Bakı-Quba-Rusiya magistralında, Bakı-Şamaxı istiqamətində yollar tamam buz bağlayıb. Ağsu aşırımında isə yolun hərəkət istiqamətində buzlaşma var. Lakin cənub bölgəsi istiqamətində avtomobillərin hərəkəti nisbətən yaşı olsa da, həmin ərazidə də sulu qar yağır və o istiqamətdə də yolların buz bağlayacağı gözlənilir.






2 Fevral, 2012  14:45 Baxılıb: 947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner